Gündəm / Siyasət / Dünya
Aİ Rusiyaya təzyiqi artırır

Avropa İttifaqına üzv olan 27 ölkənin liderləri Rusiyaya təzyiqləri daha da artırmaq üçün tədbirləri müzakirə ediblər.
Globalpress.az xəbər verir ki, bu barədə Aİ sammitinin bəyanatında deyilir.
Qeyd olunub ki, Avropa Şurası Rusiyanın təcavüzkar müharibə aparmaq qabiliyyətini zəiflətmək üçün ona qarşı təzyiqləri daha da artırmaq səylərini, o cümlədən sanksiyaların tətbiqi, onların tam, effektiv şəkildə həyata keçirilməsi və sanksiyalardan yayınmaların qarşısını almaq səylərini müzakirə edib.