Gündəm / Siyasət / Dünya
İsveç öhdəlikləri yerinə yetirməlidir

İsveç öhdəlikləri yerinə yetirməsə, NATO-ya daxil olmasına razı olmayacağıq.
Globalpress.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
Onun sözlərinə görə, Ankara İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsində imzalanmış Madrid Memorandumunda nəzərdə tutulan terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir.