Gündəm / Siyasət / Dünya
09:29, 19 Haziran 2023
0

İsveç bu halda alyansa üzv ola bilər

İsveç  bu  halda  alyansa  üzv ola bilər


İsveç müqavilədə qeyd olunan öhdəlikləri konkret şəkildə yerinə yetirərsə Finlandiya kimi NATO-ya üzv ola bilər.

Globalpress.az xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler deyib.

“İkitərəfli görüşlərimizdə müttəfiqlərimizə bəyan etdik ki, NATO-nun Açıq Qapı Siyasətini dəstəkləyirik. İsveç müqavilədə qeyd olunan öhdəlikləri konkret şəkildə yerinə yetirərsə, Finlandiya kimi NATO-ya üzv ola bilər", – deyə Güler qeyd edib.

Qeyd edək ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitdə İsveçin tamhüquqlu üzv kimi təsdiqlənməsi məsələsi gündəmdədir.
Digər xəbərlər: