Gündəm / Siyasət / Dünya
BMT nümayəndələri Kaxovka SES- in ərazisinə buraxılmayıb

Rusiya BMT nümayəndələrini Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində zərər çəkmiş Xerson vilayətinin sol sahilindəki ərazilərə buraxmayıb.
Globalpress.az xəbər verir ki, bunu BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braun bildirib.
Braun Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq çərçivəsində götürdükləri öhdəliklərə uyğun hərəkət etməyə çağırıb.
“Rusiya hökuməti indiyədək müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə girişlə bağlı müraciətimizi rədd edib. BMT lazımi girişin əldə edilməsi üçün fəaliyyətini davam etdirəcək. Biz ehtiyacı olan insanlara yardım göstərməkdən imtina edə bilmərik”, – BMT-nin humanitar koordinatoru deyib.