Gündəm / Siyasət / Dünya
20:32, 12 Haziran 2023
0

Bayden administrasiyası BMT TŞ-nin strukturuna dəyişiklik edilməsini istəyir

Bayden administrasiyası BMT TŞ-nin strukturuna dəyişiklik edilməsini istəyir


Bayden administrasiyası BMT-yə olan etimadın bərpası üçün Təhlükəsizlik Şurasının (TŞ) strukturuna dəyişiklik edilməsi istiqamətində fəaliyyət aparır.

Globalpress.az xəbər verir ki, bu barədə “Washington Post“ məlumat yayıb.

Bildirilib ki, Prezident Baydenin BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfield bu ilin payızında Nyu-Yorkda keçiriləcək illik sessiya öncəsi təşkilatın üzvü olan 193 ölkədən olan diplomatlarla TŞ-nin genişləndirilməsi ilə bağlı məsləhətləşmələr aparır.

Məlumata görə, ABŞ TŞ-yə veto hüququ olmayan daha 6 daimi üzvün əlavə edilməsinə çalışır.

Xatırladaq ki, Bayden ötən ilin sentyabrında Afrika və Latın Amerikasından yeni daimi üzvlərin müəyyən edilməsini dəstəklədiyini bildirib.

“Bu institutun daha inklüziv olmasının vaxtı çatıb”, – Bayden ötən il deyib.

BMT diplomatı bildirib ki, TŞ-də aparılan istənilən islahat Qərbin çəkisini azalda bilər.
Digər xəbərlər: