Gündəm / Siyasət / Dünya
Türkiyə İsveçdən konkret addımlar gözləyirüü1

Türkiyənin xarici işlər naziri Hakan Fidan isveçli həmkarı Tobias Billström ilə İsveçin NATO-ya daxil olması perspektivlərini müzakirə edib və Ankaranın Stokholmdan konkret addımlar gözlədiyini bildirib.
Globalpress.az xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, nazirlər İsveçin NATO-ya müraciətinin təsdiqi üçün Türkiyənin şərtlərinin yerinə yetirilməsinə nəzarət üzrə birgə mexanizmin iclasından sonra təmasları davam etdirmək barədə razılığa gəliblər. Bu mexanizmin iclası iyunun 12-nə planlaşdırılıb.