Gündəm / Siyasət / Dünya
Çavuşoğlu İsveçli həmkarı ilə görüşüb

Çavuşoğlu: “İsveçin terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı NATO-ya qəbul üçün şərtdir”
İsveçin terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı rəsmi Ankaranın İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi üçün zəruri şərtdir.
Globalpress.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billström ilə görüşdən sonra bildirib.
“İsveçli həmkarım ilə görüşdə ona NATO-ya üzv olmaq üçün atılması zəruri olan addımları xatırlatdım. Terrorizmlə mübarizədə nəticəyönümlü əməkdaşlıq mütləqdir”, - onun tviterdəki postunda deyilir.
Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdi, lakin Türkiyə onlardan terror təşkilatları kimi tanıdığı kürd təşkilatlarını terrorçu elan etmələrini tələb edərək giriş prosesini əngəlləmişdi.
Daha çox xəbər:

Türkiyə İsbeç və Finlandiyanın NATO- ya qəbul edilməsini müzakirə edəcək

Çavuşoğlu İsveç və Finlandiyanın XİN rəhbərləri ilə görüşdü

Mövlud Çavuşoğlu: “Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşıdır”

Türkiyə NATO - nun genişlənməsinə dəstək verəcək

İsveç NATO- ya üzvlülüklə bağlı güclü dəstək qazanıb