Gündəm / Siyasət / Dünya
Moskva Ərdoğanın bəyanatlarını rəhbər tutur

Moskva Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın Rusiya ilə çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğuna dair bəyanatlarını rəhbər tutur”.
Globalpress.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ənənəvi brifinq zamanı News.ru-nun sualını cavablandırarkən deyib.
“Biz bu niyyəti alqışlayırıq və müsbət ikitərəfli kursun həyata keçirilməsinə töhfə verəcəyik”, - Zaxarova bildirib.
Diplomat Türkiyə XİN-in yeni başçısının Rusiyaya səfəri məsələsinə də toxunub. Zaxarova dəqiq tarix üçün Ankaraya müraciət etməyi daha məqsədəuyğun hesab etdiyini vurğulayıb.
Daha çox xəbər: