Gündəm / Siyasət / Dünya
Bu bəyanatlar tərəflər arasında ziddiyyət təşkil edir

Blinkenin Ermənistan-Azərbaycan danışıqlarında əhəmiyyətli irəliləyişlə bağlı bəyanatları İrəvan və Bakının mövqeləri ilə ziddiyyət təşkil edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib
Diplomat bildirib ki, Ermənistan və Azərbaycan rəsmiləri əsas məsələlərdə fikir ayrılıqlarının qaldığını qeyd edirlər.
“Moskva da öz növbəsində bu işi davam etdirəcək və iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar üçün platforma təklif edib. Rusiyanın məqsədi regionda sülhü təmin etməkdir və bunun yeganə yolu üçtərəfli razılaşmaların həyata keçirilməsidir”, - Zaxarova qeyd edib.