Gündəm / Siyasət / Dünya
Blinken Səudiyyə Ərəbistanına səfər edib

Globalpress.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken ikitərəfli əməkdaşlıq və Fars körfəzi ölkələri ilə qarşılıqlı əlaqələri müzakirə etmək üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib.
Amerika diplomatiyasının rəhbərinin Səudiyyə Ərəbistanına rəsmi səfəri iyunun 8-dək davam edəcək.
Blinkenin krallığın rəsmiləri ilə danışıqlar aparacağı, həmçinin Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının iclasında və İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyanın nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak edəcəyi gözlənilir.