Gündəm / Siyasət / Dünya
Moldova hava məkanını bağlayıb

AXTAR...
Publika.az
Publika.az
NİDA XƏBƏRMoldova hava məkanını tam bağladı1 İyun 2023 02:14
Moldova Avropa Siyasi Birliyinin sammiti ilə əlaqədar ölkənin hava məkanını iki gün müddətinə bağlayıb.
Globalpress.az- ın məlumatına görə, bu barədə Möldova hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə Moldova ərazisində bütün mülki hava gəmilərinin, o cümlədən PUA-ların uçuşları qadağan edilib. Mayın 31-dən iyunun 2-dək Mülki Aviasiya Departamentinə təqdim edilmiş uçuş planları qəbul edilmir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Moldovadadır. Onun Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla beştərəfli görüşü nəzərdə tutulub.