Gündəm / Siyasət / Dünya
Ukraynalı pilotlar təlimlərə başlayıb

Böyük Britaniyada 20-yə yaxın ukraynalı pilot dördüncü nəsil “F–16” qırıcılarından istifadə üzrə təlimin birinci mərhələsinə başlayacaq.
Globalpress.az xəbər verir ki, bu barədə Britaniya hökumətindəki mənbə məlumat yayıb.
Qeyd olunub ki, bunlar ukraynalı pilotlar üçün əsas yerüstü təlimlər olacaq, bundan sonra onlar daha ixtisaslaşmış “F-16” təlimlərinə hazır olacaqlar.
Təlimin nə vaxt başlayacağı barədə məlumat verilmir.
Mayın 21-də ABŞ Prezidenti Co Bayden G-7 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib ki, Qərbin “F-16” da daxil olmaqla dördüncü nəsil döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlar təlimlərə başlayacaq.