Gündəm / Cəmiyyət / Hadisə
Ukraynalı hərbi jurnalist müharibədə həlak olub
Tanınmış ukraynalı hərbi jurnalist Oleksiy Çubaşev müharibədə həlak olub.
“Globalpress.az xəbər verir ki, bu barədə “Inform Napalm” layihəsinin sözçüsü Mixaylo Makaruk feysbukda yazıb.
Jurnalistin hansı şəraitdə və hansı döyüş bölgəsində öldüyü hələlik məlum deyil.
Qeyd edək ki, Oleksiy Çubaşev 2015-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Televiziya və Radio Studiyasında xidmətə başlayıb, Ukraynada ilk hərbi realiti-şousu olan “RekrutUA”nın müəllifi və aparıcısı olub. Ukrayna Silahlı Qüvvələrindən ayrıldıqdan sonra öz layihələrini hazırlayıb. Rusiya Ukraynaya hücumundan sonra o, silahlı qüvvələrin sıralarına qayıdıb.
Daha çox xəbər:

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

DSX-nin həlak olan hərbi qulluqçusu dəfn edildi - FOTO

Qarabağda hərbi qulluqçumuz həlak olub, iki yaralı var

Ukrayna ordusu erməni hərbçiləri məhv edib

Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır.