Gündəm / Siyasət / Hadisə / Dünya
21:31, 23 May 2023
0

Biz Putini həbs edəcəyik

Biz Putini  həbs edəcəyik


Moldova prezidenti Maia Sandu ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl edəcəyini və Rusiya prezidenti Vladimir Putinin Moldovaya gələcəyi təqdirdə onu həbs edəcəyini bildirib.


Globalpress.az xəbər verir ki, Sandu bu barədə mayın 23-də “Euronews Rumıniya”ya müsahibəsində bildirib.


Euronews jurnalistlərinin Rusiya prezidenti ölkəyə səfər edəcəyi təqdirdə Moldova necə reaksiya verəcək sualına Sandu Moldovanın Cinayət Məhkəməsi ilə bağlı müqavilə imzaladığınl və Moldovanın məhkəmənin qərarına hörmətlə yanaşacağını deyib.


Moldova prezidenti onu da bildirib ki, Ukraynada müharibənin başlaması barədə səhər saat 4-də xəbər tutub, səhər saat 5-də isə artıq Ali Təhlükəsizlik Şurasının üzvlərini toplayıb.


Xatırladaq ki, martın 17-də məlum olub ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı vəziyyət kontekstində Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.


Ertəsi gün keçmiş beynəlxalq məhkəmə hakimi İnterpolun Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı verdikdən sonra Rusiya prezidenti Vladimir Putinin axtarışa veriləcəyini açıqlayıb.


Martın sonunda Çin Xarici İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsini siyasiləşmədən, ikili standartlardan çəkinməyə və dövlət başçılarının toxunulmazlığına hörmətlə yanaşmağa çağırıb.
Digər xəbərlər: