Gündəm / Siyasət / Dünya
Avstriya Putinə görə bəyanat yaydı

Roma statusunun tərəfi kimi Avstriya rusiyalı “diktator” Vladimir Putin Avstriyaya səfər etmək qərarına gələrsə, onu həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) təhvil vermək öhdəliyinə əməl edəcək.
Globalpress.az- ın məlumatına görə, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
“Avstriya Roma statusunun tərəfidir. Bu o deməkdir ki, Avstriya müqavilənin bütün digər tərəfləri kimi ICC ilə əməkdaşlıq etməyə borcludur.
Məhkəmənin çıxardığı həbs qətimkan tədbiri icra edilməli, məhkəmə tərəfindən axtarışda olanlar isə həbs edilməlidir”, - idarədən bildirilib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-in qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-in məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.