Gündəm / Hadisə / Dünya
08:55, 22 May 2023
0

İtaliyada güclü daşqınlar olub

İtaliyada güclü daşqınlar  olub


İtaliya hakimiyyəti bazar günü xüsusilə Emiliya-Romanya bölgəsinə təsir edən şiddətli daşqınlar və torpaq sürüşmələri səbəbindən Aİ mülki müdafiə mexanizmini işə salıb.

Globalpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyasından bildirilib.

"Yardım sorğusu Avropa Mülki Müdafiəsindən yüksək tutumlu nasos avadanlığına aiddir", - deyə açıqlamada bildirilir.

Avropa İttifaqı mülki müdafiə mexanizmi vasitəsilə Avstriya, Bolqarıstan, Almaniya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və Fransadan İtaliyaya bu cür avadanlıqların təkliflərini təcili olaraq təşkil edib.

Brüsseldə qeyd ediblər ki, Avropanın fövqəladə hallara reaksiya üzrə koordinasiya mərkəzi İtaliyanın hakimiyyət orqanları ilə daimi əlaqədədir və Aİ zərurət yaranacağı halda əlavə yardım göstərməyə hazırdır.
Bildirilir ki, Aİ-nin "Copernicus" peyk sistemi İtaliyanın mülki müdafiə orqanının tələbi ilə su altında qalmış ərazilərin xəritəsini də təqdim edib.
Digər xəbərlər: