Gündəm / İqtisadiyyat / Cəmiyyət
Bu deputatların maaşı artırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb.
Globalpress.az- ın məlumatına görə, bu, altıncı çağırış Ali Məclisin 10-cu sessiyasının gündəliyində duran “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi məsələsində öz həllini tapıb.
Əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla deputatların əməkhaqqı 950 manat müəyyən edilib. Buna qədər deputatların maaşı 750 manat olub.
Daha çox xəbər:

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Bu şəxslərin MAAŞI ARTDI - AZƏRBAYCANDA

Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib - QƏRAR

Natiq Cəfərli: “Deputatların maaşı lap 10 min manat da ola bilər, olmalıdır da...”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.