Gündəm / İqtisadiyyat / Sosial
13:52, 21 Haziran 2022
0

Natiq Cəfərli: “Deputatların maaşı lap 10 min manat da ola bilər, olmalıdır da...”

Natiq Cəfərli: “Deputatların maaşı lap 10 min manat da ola bilər, olmalıdır da...”


Nazirlərin maaşı lap 12 min manat da ola bilər, olmalıdır da, tək şərt onların təyin edilmiş deyil də, proporsional qaydada seçilmiş Parlamentdən çıxsınlar və onları təyin edənin deyil, seçənlərin qarşısında hesabatlı olsunlar”.



Globalpress.az ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib

N.Cəfərli qeyd edib ki, ölkədə deputatların maaşı lap 10 min manat da ola bilər: “Olmalıdır da, yeganə şərt odur ki, seçilmiş olsunlar. Azərbaycanda məhkəmə hakimlərinin maaşı lap 15 min manat da ola bilər, olmalıdır da, yetərki qanunlarla, ədalətlə, müstəqil qərar versinlər. Ölkədə maaşlar, təqaüdlər, sosial müavinatlar də kəskin artırılmalıdır, amma paralel olaraq azad, rəqabətli iqtisadi mühit, aşağı vergilər-rüsumlar, ədalətli məhkəmə sistemi də olmalıdır ki, maaş və təqaüdlər artan kimi inflyasiyanın, qiymət artımının “yeminə” çevrilməsin”.
Digər xəbərlər: