Gündəm / Cəmiyyət / Sosial
Ordudaə məşğələ keçirilib

Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində bütün növ silah və texnikalara mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələ keçirilib.
Globalpress.az xəbər verir ki, məşğələ zamanı bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının və onların texniki sazlığının qorunmasının vacibliyi diqqətə çatdırılıb.
Məşğələdə silah və texnikanın fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə mövsümü tələblərə uyğun olaraq hissə və mexanizmlərin dəyişdirilməsi, hər növ texnikanın mövsümə uyğun istismar olunması ilə bağlı nəzəri dərslər keçirilib.
Nəzəri dərslərdən sonra atıcı silahlara, avtomobil və zirehli texnikalara, aviasiya və hava hücumundan müdafiə vasitələrinə, rabitə avadanlıqlarına və digər texnikalara texniki qulluğun göstərilməsi praktiki olaraq şəxsi heyətə öyrədilib.
Daha çox xəbər:

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb - FOTO

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı - FOTO

Səfərbərlik təminat bazasının döyüş hazırlığı yoxlanılıb

Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib - FOTO