Gündəm / Siyasət / Cəmiyyət
Səfərbərlik təminat bazasının döyüş hazırlığı yoxlanılıb
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının səfərbərlik təminat bazasında olub.
Globalpress.az - ın xəbərə görə, əvvəlcə nazirliyin rəhbərliyi təminat bazasının ərazisində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad edib.
Müdafiə naziri bazanın silahlanmasında olan artilleriya vasitələrinə, döyüş və avtomobil texnikasına baxış keçirib, onların texniki vəziyyəti ilə maraqlanıb və heyətlərinin hazırlıq səviyyəsini yoxlayıb.
Silahlanmada olan silah və döyüş texnikasına təhlükəsizlik qaydalarına əməl edilməklə vaxtında texniki xidmətin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov yeni tədris dövründə ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə keçirilən toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub
Daha çox xəbər:

Müdafiə naziri Azərbaycan komandolarının döyüş hazırlığı ilə bağlı göstərişlər verdi

Zakir Həsənov: "XTQ-nin döyüş hazırlığının daha da artırılması daim diqqət mərkəzindədir"

Müdafiə naziri hərbi dənizçilərə tapşırıq verdi - FOTO

Azərbaycan ordusunun Baş Qərargah rəisi Quru Qoşunlarında olub - FOTO

İlham Əliyev şəhid xüsusi təyinatlıların xatirəsini yad edib