Gündəm / Siyasət / Cəmiyyət
"Paşinyan və komandası dua edirdi ki, Bakı və İrəvan heç nə imzalamasın"

“Paşinyan və komandası dua edirdi ki, Bakı və İrəvan Vaşinqtonda heç nəyə imza atmasın”.
Globalpress.az xəbər verir ki, bunu erməni mediası yazıb. Medianın yazdığına görə, hakim partiya dua edirmiş ki, xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlardan sonra heç bir sənəd imzalanmasın.
“Dünən Ermənistan parlamentində Paşinyan deyib: “Hər şey belə getsə, mən çox sevinərəm. Pis deyil, yaxşı xəbərdir”.
Lakin “Vətəndaş müqaviləsi” partiyasının nə baş verə biləcəyindən az-çox xəbərdar olan üzvləri dua edirdilər ki, Vaşinqtonda heç bir sənəd imzalanmasın.
Çünki bu, Kreml əsəbi reaksiya verəcək və ABŞ-Rusiya qarşıdurmasında yeni müharibəyə gətirib çıxaracaq. Ermənistan isə bundan qələbə ilə çıxa bilməyəcək və Paşinyan bunun əvəzini çox baha ödəməli olacaq.”, – erməni mediası bildirib.
İyunun 1-də Kişinyovda Ermənistan və Azərbaycan liderlərinin də iştirak edəcəyi Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.
“İrəvan hesab edir ki, iyunun 1-də Kişinyovda keçiriləcək sammitdə hansısa sənəd imzalana bilər. Bunun Moskvanın reaksiyası ilə necə əlaqəli olduğu isə aydın deyil”, – deyə media qeyd edib.