Gündəm / Siyasət / Cəmiyyət
Prezident: Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək

Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək.
Globalpress.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında söyləyib.
Dövlətimizin başçısı deyib: “Əminəm ki, Azərbaycanla Türkiyə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. Bu, istər hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və sair sahələr olsun”.
Daha çox xəbər:

"İnsanlarımızın həyatı və təhlükəsizliyi mənim üçün vacibdir "-- Prezident İlham Əliyev

Axtarış "Biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik" - Azərbaycan lideri

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb

Çexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO

İlham Əliyev Hulusi Akarı qəbul etd