Gündəm / Hadisə / Dünya
17:49, 02 May 2023
0

Tbilisidə ATIŞMA - Biznesmen yaralandı

Tbilisidə ATIŞMA - Biznesmen yaralandı


Tbilisinin mərkəzində atışma olub, iş adamı yaralanıb.

Globalpress.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, hadisə paytaxtın Vake rayonunda, Şatberaşvili küçəsində atışma baş verib. Nnəticədə bir nəfər yaralanıb.

Faktla bağlı iki maddə ilə cinayət işi açılıb.

Məlumata görə, yaralının Dilar Xabulianinin qardaşı, iş adamı Demur Xabuliani olduğu ehtimal edilir.

Dilar Xabuliani Vahid Milli Hərəkatın yaratdığı “Birlikdə Güc” blokunun hazırkı parlament üzvüdür.
Digər xəbərlər: