Gündəm / Siyasət / Dünya
KTMT Ukraynaya girəcəkmi?

"KTMT qoşunları istənilən çağırışa cavab verməyə hazır olmalıdır".
Globalpress.az xəbər verir ki, bu barədə təşkilatın birgə qərargahının rəhbəri Anatoli Sidorov RT-yə müsahibəsində bildirib.
Sidorov RT-nin Ukrayna böhranı ilə əlaqədar Rusiya ilə NATO arasında gərginliyin artması fonunda KTMT-nin rolu ilə bağlı sualı şərh edib.
“Məncə, bu gün hamıya, o cümlədən ibtidai sinif şagirdlərinə də aydındır ki, təkcə bu regionda sabitlik deyil, bütövlükdə Rusiyanın mövcudluğu və onun gələcək həyatı, firavanlığı və bir çox qlobal proseslər var”.
Qeyd edək ki, KTMT-yə altı dövlət - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.