Gündəm / Siyasət / Dünya
15:57, 28 Nisan 2023
0

Danışıqların mövzusu eynidir

Danışıqların  mövzusu  eynidir


“Ermənistan üçün danışıqların Moskva, Vaşinqton və ya Brüsseldə aparılmasının heç bir fərqi yoxdur”.

Globalpress.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cümə günü fransalı həmkarı Ketrin Kolonna ilə mətbuat konfransında deyib. O bildirib ki, Ermənistan indiyədək aparılan danışıqlar arasında fərq qoymur.


“Biz danışıqların harada keçirilməsinə heç bir fərq qoymuruq. Danışıqlar prosesi vahiddir və sülh müqaviləsi layihəsi ətrafında aparılır. Bizə yer verən bütün paytaxtlara minnətdarıq. Onlar bu prosesdə vasitəçi rolu oynamağa çalışırlar. Lakin Ermənistan üçün danışqların Moskvada, Vaşinqtonda və ya Brüsseldə keçirilməsinin fərqi yoxdur. Danışıqların mövzusu eynidir”, – deyə Mirzoyan qeyd edib.
Digər xəbərlər: