Gündəm / İqtisadiyyat / Cəmiyyət
Azərbaycan ət idxalını artırıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycan 11 min 367 ton ət idxal edib.
Globalpress.az- ın məlumatına görə Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu həcmdə ətin dəyəri 19 milyon 259 min ABŞ dolları olub.
Bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 206 ton (24 % ), dəyər baxımından isə 3 milyon 585 min ABŞ dolları (22,8 %) çoxdur.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,5 %-ini təşkil edib.
Xatırladaq ki, I rübdə ölkədə diri çəkidə 138,3 min ton ət istehsal edilib.