Gündəm / İqtisadiyyat / Cəmiyyət
Azərbaycan daha bir ölkədən yulaf toxumu almağa başlayıb
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 193,43 min ABŞ dolları dəyərində 70,52 ton əkin üçün yulaf toxumu alıb.
Globalpress.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,5 %, kəmiyyət olaraq – 1,4 % çoxdur.
Hesabat dövründə Danimarkadan 152,37 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 56,58 ton (-16,7 %), Niderlanddan 31,89 min ABŞ dolları dəyərində 12,12 ton və Kanadadan 9,16 min ABŞ dolları dəyərində 1,82 ton toxum gətirilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Niderlanddan tədarük həyata keçirilib. Səkkiz il 3 ayın tamamında Kanadadan idxal bərpa edilib.
Daha çox xəbər:

Azərbaycana daha 62 milyon dollar dəyərində buğda idxal edildi

Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma 2 dəfə artıb

Rusiya taxıl ixracına rüsumu bir qədər də azaldır 13:05 / 20.05.2022

SOCAR bu il 94 min ton metanol və 43 min ton karbamid ixrac edib

Azərbaycan “ağ qızıl”ın ixracını kəskin artırıb