Gündəm / Cəmiyyət
Asiyanın bu ölkələrində temperatur qalxıb

Hindistan, Çin, Laos, Banqladeş və Taylandda apreldə 40 dərəcədən yuxarı görünməmiş istilər müşahidə olunur.
Globalpress.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Bildirilir ki, Asiyada indi tarixdə ən güclü aprel dalğası yaşanır. Qəzetin aydınlaşdırdığı kimi Hindistan, Çin, Laos və Tailand bundan əziyyət çəkir.
Qəzet öz hesablamalarını nümayiş etdirərək statistikaya istinad edir: Laosda - 42 dərəcədən çox, Taylandda - demək olar ki, 45, Banqladeşdə, Hindistanda - 40-dan yuxarı.
Hindistanda hava hadisələri səbəbindən məktəblər bağlanıb və 13 nəfər artıq ölüb.