Gündəm / Siyasət / Cəmiyyət
13:38, 12 Nisan 2023
0

Prezident təxribata münasibət bildirib

Prezident   təxribata  münasibət  bildirib


Prezident İlham Əliyev Ermənistan ordusunun dünən sərhəddə törətdiyi təxribata münasibət bildirib.

Globalpress.az xəbər verir ki, bu barədə dövlət başçısı Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən danışıb.

Prezident vurğulayıb ki, ötən gün sərhəddə baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilib.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən 3 hərbçimiz şəhid olub.
Digər xəbərlər: