Gündəm / Cəmiyyət / Hadisə / Sosial
18:04, 11 Nisan 2023
0

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb


Müdafiə Nazirliyindən Globalpress.az-a verilən məlumata görə Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Digər xəbərlər: