Gündəm / Siyasət / Dünya
Krıma görə əsas şərt açıqlandı

“Danışıqlara başlamaq üçün Ukrayna Silahlı Qüvvələri yarımadanın sərhədlərinə çatmalıdırlar. Bununla belə Krımın hərbi yolla azad edilməsi variantı da istisna edilmir”.
Globalpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbər müavini Andrey Sibiqa qəzetlərə şərhində bildirib.
“Əgər biz döyüş meydanında strateji məqsədlərimizə nail ola bilsək və Krımla inzibati sərhədə çata bilsək, bu məsələnin müzakirəsi üçün diplomatik səhifə açmağa hazırıq”, - deyə Sibiqa qeyd edib.
Jurnalistlərin fikrincə, Sibiqanın sözləri Ukraynanın Rusiya ilə müharibədə qələbəsinə şübhə edən və nüvə eskalasiyasından qorxan Qərb rəsmilərinin inamının artmasına kömək edə bilər.
Sibiqa, həmçinin söhbətin konkret olaraq Krım yarımadasından getdiyini də qeyd edib.
Daha çox xəbər:

Ukrayna neytral statusun müzakirəsi üçün şərtini açıqladı

Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır.

Ukrayna NATO-ya Aİ-dən daha tez qoşula bilər - Yermak

Zelenski: “Krım qaytarılmadan sülh olmayacaq”

"Qərb daha Rusiyadan çəkinmir..."