Gündəm / İqtisadiyyat / Dünya
Neft hasilatı azaldılır

ABŞ-ın maliyyə naziri Canet Yellen bir sıra "OPEC+" ölkələrinin neft hasilatını azaltmaq qərarının nəticələrini hələ də proqnozlaşdıra bilmədiyini, lakin bu addımı yanlış hesab etdiyini bildirib.
Globalpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb
"Hesab edirəm ki, "OPEC"in atmaq qərarına gəldiyi addım təəssüf doğurur. Bunun qiymətlərə necə təsir edəcəyinə hələ əmin deyiləm.
Düşünürəm ki, bu addımı həqiqətən qiymətləndirmək üçün bir az daha gözləmək lazımdır", - deyə C.Yellen bildirib.
Qeyd edək ki, aprelin 2-də bir neçə "OPEC+" ölkəsi qlobal enerji bazarının sabitliyini təmin etmək üçün may ayından 2023-cü ilin sonuna kimi neft hasilatının könüllü azaldılmasını elan edib. Bu qərarlar "OPEK+" Nazirlərinin Monitorinq Komitəsinin aprelin 3-də keçirilən iclasının yekunları üzrə təsdiqlənib.
Daha çox xəbər:

EIA: OPEC+ çərçivəsində hasilatın azaldılması sazişi uzadıla bilər

Azərbaycan gündəlik neçə barrel neft çıxardığını açıqladı

Rusiya neftinə qadağa bu gündən qüvvəyə minir – Novak “bu qiymətə satmayacağıq” deyir

Azərbaycan yanvarda gündəlik 580,9 min barrel xam neft hasil edib

Səudiyyə Ərəbistanı neft hasilatını azalda bilər