Gündəm / İqtisadiyyat / Dünya
20:52, 01 Nisan 2023
0

Bolqarıstanda təbii qaz ucuzlaşdı

Bolqarıstanda  təbii  qaz ucuzlaşdı


Bolqarıstanda təbii qaz aprelin 1-dən ucuzlaşıb.

Globalpress.az xəbər verir ki, Enerji və Su Tənzimləmə Komissiyası (KEWR) şənbə günü qazın aprel ayında qiymətini əlavə ödənişlər olmadan 1 MVt/saata görə 98,16 leva (təxminən €49,8) məbləğində təsdiqləyib, halbuki martda bu qiymət 106,74 leva (təxminən 53,37 avro) idi.

"Azərbaycanla mövcud uzunmüddətli müqaviləyə uyğun olaraq Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə tədarük edilən qaz qarışığının maya dəyərinin hesablanmasına Azərbaycan qazının qiyməti daxil edilib. Bu həcmlər ölkə istehlakının təqribən 51,9%-ni əhatə edir və sərfəli qaz qiymətlərinə nail olmaq üçün önəm daşıyır", - deyə açıqlamada bildirilir.

Komissiya sədri İvan İvanov bildirib ki, təbii qazın qiymətinin azalması ilə bağlı vəziyyət davam edərsə, növbəti qiymət dövründə istilik enerjisinin dəyəri eyni qalacaq
Digər xəbərlər: