Gündəm / Siyasət / Dünya
14:47, 01 Nisan 2023
0

Qış hücumu uğursuz oldu

Qış  hücumu  uğursuz  oldu


“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin olunmasından 80 gün sonra Rusiyanın Ukraynadakı qış hücumunun uğursuzluğa düçar olduğu getdikcə daha aydın olur”.

Globalpress.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin yeni icmalında deyilir.

Nazirlik bildirir ki, Donbasda cəbhə xəttinin bir neçə istiqamətində Rusiya qüvvələri on minlərlə qurbanın bahasına yalnız kiçik uğurlar əldə ediblər: “Qış hücumu uğursuz oldu. Payızdakı qismən səfərbərlik nəticəsində əldə edilmiş şəxsi heyətlə bağlı müvəqqəti üstünlüklərini böyük ölçüdə israf etdilər”.
Digər xəbərlər: