Gündəm / Siyasət / Cəmiyyət / Dünya
20:43, 27 Temmuz 2022
0

Zelenski niyə Xersona hücumu təxirə salmamağı tələb etdi?

Zelenski niyə Xersona hücumu təxirə salmamağı tələb etdi?


Son bir neçə həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin Cənub Cəbhəsində qarşıda gözlənilən əks-hücum əməliyyatı haqqında danışılır.

Globalpress.az xəbər verir ki, bu fikirlər Rusiya mediasında dərc edilən məqalədə yer alıb. Bildirilir ki, Prezident Zelenskinin əmri ilə Ukrayna ordusu yaxın 3-6 həftə ərzində Xerson bölgəsini rus yaraqlılarından geri almalıdır.


Bəs niyə belə bir müddət təyin olunub?

Müəllifin yazdığına görə, Ukrayna hərbçilərinin böyük bir qrupu hazırda NATO-nun təlimatlarına uyğun olaraq Böyük Britaniyada təlim keçir. Ümumiyyətlə, Rusiya Silahlı Qüvvələrinin əsas hissəsinin hazırda Donbasda cəmləşdiyini nəzərə alsaq, hər şey göründüyü qədər çətin deyil. Xerson bölgəsi üçün əks-hücum əməliyyatına şəxsən prezident Zelenskinin rəhbərlik edəcəyi haqda məlumatlar da səsləndirilir. Əgər bu doğrudursa, onda Zelenski heç olmasa özü üçün məqbul olan bir nəticəyə arxalanmalıdır. Çünki onun zərər görməsi Ukrayna və onun Qərb tərəfdaşları üçün tam fiasko ola bilər ki, bu da qəbuledilməzdir.

Niyə məhz Xerson?

Analitiklər hesab edirlər ki, Ukraynanın Xersona hücumunun mümkün məqsəd və vəzifəsi Azov vilayətinin Rusiyaya birləşdirilməsi üçün sentyabrda keçirilməsi planlaşdırılan referendumu pozmaqdır. Kiyev üçün prinsipial əhəmiyyət daşıyan bu məsələ həm də Zelenskinin prezident kimi özünü sübutu ola bilər. Prezident Zelenskinin seçicilərinə Ukrayna torpaqları uğrunda sona qədər mübarizə aparacağını sübut etməsi vacibdir. Eyni zamanda Qərb kuratorlarına da bunu göstərməsi zəruridir. Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində bəzi yaşayış məntəqələrini ələ keçirə bilsə, bu, “böyük qələbə” kimi qələmə veriləcək və Kiyevə mümkün barışıqla bağlı Moskva ilə danışıqlarda daha güclü mövqe tutmağa imkan yaradacaq. Altı həftədən sonra, artıq sentyabrın ortaları olacaq. Hansı ki bu vaxt Avropanın yeraltı qaz anbarlarının doldurulması zərurətə çevriləcək. Qarşıdan qış gəlir və bu amil, şübhəsiz Zelenskinin gözlənilməz sülhsevərliyində həlledici amilə çevriləcək.
Digər xəbərlər: