Gündəm / Hadisə / Dünya
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 374 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 374 nəfərə çatıb.
Globalpress.az- ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 9 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Daha çox xəbər:

Türkiyədə zəlzələdə ölənlərin sayı 42 310 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 36 187-yə çatıb, 108 068 nəfər yaralanıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 39 672 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 39 672 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29 605 nəfərə çatıb