Gündəm / Hadisə / Dünya
İranda idmançıya işgəncə verildi

İranda azərbaycanlı idmançıya 16 il həbs və 74 şallaq cəzası verilib.
Globalpress.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Güneyli idmançı Səhənd Nurməhəmmədzadə bundan öncə edama məhkum edilmişdi. Amma barəsində edam hökmü İran Ali Məhkəməsi tərəfindən ləğv edilmişdi.
İdmançının atası Cəfər Nurməhəmmədzadə bununla bağlı danışıb.
“5 dəqiqə ərzində keçirilən məhkəmədən artığını gözləmək olmaz. Bir gənci ictimailəşmədən necə 16 il həbsdə saxlamaq olar? Bu hökm son dərəcə ədalətsizdir. Bu rejim qeyri-insanidir və bir gəncin həyatını məhv edir”, - deyə o qeyd edib.
Daha çox xəbər:

İranda idmançıya işgəncə verildi

İranda fəal Təbrizin fonunda Azərbaycan Prezidentinin bayraqla şəklini paylaşdı - FOTO

İranda müəllimlərin aksiyasında xüsusi amansızlıq

İranda 400-dən çox insan edam edilib, 85 uşaq ölüm hökmünə məhkum olunub

Ali Məhkəmədən İlqar Məmmədovla bağlı QƏRAR - BƏRAƏT VERİLDİ