Gündəm / Siyasət / Dünya
Paşinyan ABŞ - ın bəyannaməsini dəstəkləmədi

Ermənistan “Demokratiya Sammiti”nin yekun bəyannaməsini dəstəkləməkdən imtina edib.
Globalpress.az xəbər verir ki, Ermənistanla yanaşı Hindistan və Meksika da sənədə imza atmayıb.
Yekun bəyannamədə Ukraynada müharibənin humanitar nəticələri pislənilir. Dövlət Departamenti tərəfindən yayılan bəyannamənin mətninə əsasən, sənəddə Rusiya Federasiyasından “qüvvələrini Ukrayna ərazisindən çıxarmağı” tələb edilir.
Ermənistan, Hindistan və Meksika bu bəndə dəstək verməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin rəhbərliyi ilə demokratiya sammiti keçirilib. Sammitdə Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edib.
Daha çox xəbər:

Amerikalı səfirdən Bakı və İrəvana çağırış...

Paşinyan Rusiya və Fransadan sonra ABŞ-a da zəng etdi

Nikol Paşinyan Brüssel danışıqları barədə ABŞ-ın dövlət katibini məlumatlandırıb

Paşinyan ABŞ səfiri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Blinken İlham Əliyev və Paşinyanla GÖRÜŞƏCƏK