Gündəm / Siyasət / Cəmiyyət
“Yeni idarəetmə modeli bütün ölkədə tətbiq edilməlidir” - Prezident

“Yenə də deyirəm, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır. Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq”.
Globalpress.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.
“Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bax, mənim tapşırıqlarım bundan ibarətdir, siz mənim etimadımı doğrultmalısınız”, - deyə dövlət başçısı əlavə edib.
Daha çox xəbər:

Prezident işğaldan azad edilmiş ərazilərdə su resursları ilə bağlı tapşırıq verdi

Laçında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi artıq reallıqdır

Zəngilanda Prezidentin xüsusi nümayəndəsi təyin edilib - Sərəncam

Dövlət başçısı: "Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq