Gündəm / Siyasət / Dünya
BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul edib

Globalpress.az TASS - s istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyası cümə axşamı Ukrayna üzrə xüsusi sessiyası zamanı müharibənin ildönümünə həsr olunmuş qətnamə qəbul edib. Sənədin lehinə 141 ölkə, əleyhinə 7 ölkə (Rusiya, Belarus, Şimali Koreya, Mali, Nikaraqua, Suriya və Eritreya) səs verib. Çin də daxil olmaqla 32 nümayəndə heyəti bitərəf qalıb.
Qeyd edək ki, qətnamə layihəsi BMT Baş Assambleyasına Ukrayna tərəfindən təklif edilib. Sənəddə başlıca olaraq Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması tələbi öz əksini tapır. Bildirilir ki, münaqişənin başlanmasına görə məsuliyyət yalnız Rusiyanın üzərinə düşür.
Qətnamə tərəfləri mülki şəxslər və hərbi əsirlər qarşısında öhdəliklərinə hörmətlə yanaşmağa çağırır və milli, eləcə də beynəlxalq səviyyədə ədalətli və müstəqil məhkəmə araşdırmaları vasitəsilə Ukrayna ərazisində beynəlxalq hüquqa qarşı törədilmiş ən ağır cinayətlərə görə məsuliyyətin təmin edilməsinin zəruriliyini vurğulayır.
Daha çox xəbər:

BMT Baş Assambleyası Rusiyaya qarşı qətnamə qəbul edib

BMT Rusiyanın Ukraynaya dəymiş ziyana görə təzminat ödəməsi ilə bağlı qətnamə qəbul edib

BMT Rusiyaya qarşı qətnamə layihəsinə səs verəcək

“Biz sizin qulunuzuqmu ki, siz nə deyirsiniz o dəqiqə edək?”

BMT Azərbaycanın çağırışı əsasında qətnamə qəbul edib