Gündəm / Siyasət / İqtisadiyyat / Dünya
Qarşılıqlı əlaqələr vacibdir

Rusiya Azərbaycanla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.
Globalpress.az- ın məlumatına görə, bunu iki ölkənin sərhədindəki "Xanoba" gömrük postunun açılış mərasimində Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Bu gün dünyada baş verənlər iqlim dəyişikliyi, texnoloji və enerji keçidləri ilə əlaqədardır, yeni regionların, kommersiya əlaqələrinin yaranmasına gətirib çıxarır. Bu nüans beynəlxalq nəqliyyatın Şimal-Cənub dəhlizinə də təsir edəcək. Biz bu dəhlizi Azərbaycan və digər ölkələrlə birgə qururuq. Burada artıq avtomobil nəqliyyatı inkişaf edib. Biz bu gün yeni yoldan istifadə etdik, bu infrastruktur artıq hazırdır. Əlavə olaraq Azərbaycanla dəmir yolu infrastrukturunun inkişafına dair danışıqlar davam edir. Azərbaycan artıq dəmir yollarının inkişafına fokuslanan üçtərəfli qrupu qəbul edib. Bu layihə Rusiya-Azərbaycan-İran və Fars körfəzini birləşdirəcək", - deyə o qeyd edib.
Daha çox xəbər:

Azərbaycan, İran və Rusiya bu məsələni müzakirə edəcək

Naxçıvana yolun açılması vacibdir - Rusiya rəsmisi

Bu, Azərbaycan, İran və Türkiyəni birləşdirəcək çoxtəyinatlı yeni dəhlizdir"

Azərbaycanda daha bir mötəbər tədbir KEÇİRİLƏCƏK

Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçib Naxçıvana gedəcəklər