Gündəm / Siyasət / Dünya
Türkiyə bu xidməti dayandırdı

Türkiyə Rusiya və Belarus hava yollarının “Boinq” və “Airbus” təyyarələrinə xidmət göstərməkdən, o cümlədən onları yanacaqla təmin etməkdən imtina edib.
Globalpress.az Türk mətbuatına istinadla xəbər verir ki, bu barədə qərarı ölkənin Gömrük və Ticarət Nazirliyi ABŞ Ticarət Nazirliyinin məktubundan sonra qəbul edib.
Məhdudiyyətlər Rusiyanın yeddi aviadaşıyıcısına şamil edilir: “Aeroflot”, “S7 Airlines”, “Utair”, “AZUR Air”, “Pegas Fly”, Rusiya və Yamal.
İndi Türkiyədən uçan Rusiya təyyarələri Soçidə yanacaq doldurmağa məcburdur.
İstanbulda təyyarəyə xidmət göstərməkdən imtinanı “Kommersant”ın iki aviaşirkətdəki mənbələri təsdiqləyib və problemin həlli üzərində işlədiklərini qeyd ediblər.
Daha çox xəbər:

Türkiyə “Boeing”lə uçan Rusiya və Belarus aviaşirkətləri üçün hava limanlarını bağlayacaq

ABŞ Rusiyanın 4 döyüş təyyarəsini ələ keçirdi

ABŞ Türkiyə banklarına Rusiya ilə əməkdaşlığa görə XƏBƏRDARLIQ ETDİ

Türkiyənin təyyarələrimiz üçün hava məkanını bağlamasını anlayışla qarşılayırıq" - Rusiya XİN

Rusiya XİN: "Türkiyənin təyyarələrimiz üçün hava məkanını bağlamasını anlayışla qarşılayırıq"