Gündəm / Siyasət / Dünya
NATO baş katibi xüsusi nümayəndəsini Bakı və İrəvana göndərir – Qərargahdan açıqlama
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana və Ermənistana səfər edəcək.
Globalpress.az - ın məlumatına görə,bu barədə Şimali Atlantika Alyansının Brüsseldəki qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, regional xarakter daşıyacaq səfər bu həftə baş tutacaq. “Səfər iki ölkənin rəsmiləri ilə sistematik siyasi məsləhətləşmələrin bir hissəsidir. Səfər zamanı xüsusi nümayəndə yüksək səviyyəli rəsmilərlə regionda təhlükəsizlik sahəsində baş verən hadisələr və NATO-nun bu ölkələrlə tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaq”, - məlumatda deyilir.
Səfərin dəqiq tarixi açıqlanmır.
Daha çox xəbər:

Blinken köməkçisini Azərbaycana göndərir

Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır

Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib

Seçkiləri izləmək üçün AŞPA nümayəndə heyəti gələcək