Gündəm / Cəmiyyət / Hadisə
13:23, 07 Mart 2023
0

Andrey Volkov istefa verirmi?

Andrey  Volkov  istefa verirmi?


Bazar günü baş verən hadisədən sonra Qarabağda anti-Rusiya əhval-ruhiyyəsi yenidən artıb.

Globalpress.az, - ın məlumatına görə , bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

““İctimai sektorun nümayəndələri” yaxın vaxtlarda sülhməramlıların təlim mərkəzinin qarşısında sülhməramlıların komandiri Andrey Volkovun istefası tələbi ilə etiraz aksiyaları keçirməyə hazırlaşırlar. “QHT sektorunun nümayəndəsi” Tiqran Petrosyan da “səlahiyyətli şəxslər”dən (separatçılar – red.) özünümüdafiə məqsədilə Qarabağ sakinlərini silahlandırmağı tələb edib, çünki insident Xankəndinin burnunun altında, maksimum üç kilometr məsafədə baş verib. Qeyd edək ki, 44 günlük müharibədən sonra “Qarabağ hakimiyyəti” (separatçılar – red.) sərhədyanı icmaların sakinlərini silah-sursatla təmin etməyi öhdəsinə götürsə də, indiyədək verdiyi vədi yerinə yetirməyib. Son hadisədə yalnız Rusiya sülhməramlılarının vasitəçiliyindən sonra meyitlərin ərazidən çıxarılmasına icazə verilib”, - deyə nəşr bildirib.
Digər xəbərlər: