Gündəm / Cəmiyyət / Sosial
Bu gün meşə fondu torpaqlarında 13 mindən artıq ağac əkilib

Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə Şabran rayonunda keçirilib və Bakı-Quba magistral avtomobil yolunun kənarında salınmış terraslarda 4 000-dən çox müxtəlif növ ağac tingi əkilib.
Globalpress.az- ın məlumatına görə,Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşəbərpa tədbirləri, eyni zamanda, Masallı, Sabirabad, Ağcabədi, Qəbələ və Zaqatala rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində aparılıb.
“Gün ərzində meşə fondu torpaqlarında ümumilikdə 13 000-dən artıq müxtəlif növ ağac tingi əkilib”.
Daha çox xəbər:

Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ümumilikdə 58 min 109 ağac əkilib

Azərbaycanda vəzifəli şəxslər həbs olundu - FOTO

Siyəzəndə yanğın lokallaşdırıldı

"Yaşıl Marafon” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib - FOTO

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işləri açıldı