Siyasət / Cəmiyyət / Hadisə
DİN 30 sentyabrla bağlı AÇIQLAMA YAYDI
Daxili İşlər Nazirliyi bir qrup şəxs tərəfindən sentyabrın 30-da Milli Məclisin inzibati binası qarşısında aksiya təyin olunması barədə məlumatlara münasibət bildirilib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq:
“Onlar aksiya keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib. Buna görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. Yeri gəlmişkən, yalan vədlərə inanaraq qanunsuz aksiyada iştirak etmək istəyənləri isə belə hərəkətlərdən çəkinməyə çağırıram”.
Z.Hüseynov onu da vurğulayıb ki, ictimai asayişin pozulmasına yönəlmiş bu cür cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir.
Daha çox xəbər:

DİN: Avropada baş verən hadisələr montaj edilərək Bakıdakı aksiya kimi təqdim olunur

Deputat: Radikal müxalifət qanunun aliliyini qəbul etmir, qanunları ayaq altına atıb tapdalayır

DİN-dən Bakıdakı aksiya ilə bağlı açıqlama

DİN Vətən müharibəsi iştirakçısının iddialarına münasibət bildirdi

İcra Hakimiyyəti “Bu şəhərdə”yə yenə icazə vermədi