Siyasət / İqtisadiyyat / Sosial
Şuşada məcburi köçkünlər üçün yaşayış massivinin tikintisi davam etdirilir - Aydın Kərimov
Erməni işğalı zamanı torpaqlarımızda mədəni-tarixi abidələr dağıdılaraq məhv edilib.
Globalpress.az in məlumatına görə, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının yenidənqurulması və inkişafına baxış” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müharibə bitdikdən sonra Şuşada dərhal yenidənqurma bərpa işlərinə başlanıldı.
“Tapşırıqlara uyğun olaraq, şəhərin əsas bina və obyektlərinin istiliklə təmin olunması istiqamətində 7 qazanxana təchiz edildi. Müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib. Həmçinin şəhərdə 7 qazanxana tikilərək istiliklə təmin edilib. Hazırda məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir”,- deyə o əlavə edib
Daha çox xəbər:

Prezidentin xüsusi nümayəndəsi: “Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək”

57 keçmiş məcburi köçkün azad olunmuş rayonlarda işlə təmin edildi - FOTO

Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur

Prezident və Birinci vitse-prezident Şuşada VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə söhbət ediblər - FOTO

Prezident: "Mən bütün dövlət qurumlarına tapşırmışam ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın"