Siyasət / Gündəm / Dünya
Bu hücumda Ukrayna qazanacaq

Ukrayna xarici işlər naziri Dmitro Kuleba ölkəsinin əks-hücumunu həyata keçirmək üçün yetərincə silah-sursat aldığını açıqlayıb.
Globalpress.az xəbər verir ki, bunu Ukraynanın XİN başçısı bildirib.
“Ukrayna Silahlı Qüvvələrinin qarşıdakı əks-hücumu Ukraynanın qələbəsi ilə başa çatacaq. Bu, ölkəmizin gələcəkdə NATO-nun bir hissəsi olmasına imkan verəcək”, – D.Kulaba vurğulayıb.
Lakin XİN başçısı əks-hücumun başlama vaxtı ilə bağlı suala cavab verməkdən imtina edib. Onun sözlərinə görə, əsas odur ki, bu, Ukraynanın qazanması ilə sonuclanacaq.