Hadisə
Şamaxıda bədbəxt hadisə: Ölən var

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı rayonunda bina inşası zamanı qaldırıcı kranın aşması nəticəsində baş verən bədbəxt hadisə ilə bağlı açıqlama verib.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, mayın 25-i səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində iki nəfər xəsarət alıb:
“Onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən vəfat edib. Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir”.
Qeyd edək ki, qaldırıcı kranın aşması nəticəsində 1995-ci il təvəllüdlü Surət Heybətov və 1983-cü il təvəllüdlü Zaur İsgəndərov xəsarət alıb. Onlardan biri həyatını itirib.
Daha çox xəbər:

Gəmi qəzası: Yaralıların adları açıqlandı - SİYAHI

"Aquavita" zavodunun işçisi hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO

Qobustanda yol qəzasında ölən və yaralananların adları məlum olub - Siyahı

21 yaşlı gənc ağır xəsarət aldı - 2-ci mərtəbədən...