Gündəm / Siyasət / Dünya
Çin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planını TƏQDİM ETDİ

Çin dünya ictimaiyyətinə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planını təqdim edib.
Globalpress.az- ın məlumatına görə , bu barədə məlumat Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.
Pekinə görə, bunun üçün 12 bəndi yerinə yetirmək kifayətdir.
Həmin bəndləri təqdim edirik:
1. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək, beynəlxalq hüququ bərabər və vahid şəkildə tətbiq etmək.
2. Soyuq müharibə düşüncəsindən imtina etmək.
3. Tərəflər təmkinli olmalı, daha da gərginləşməyə və hətta Ukrayna böhranının nəzarətdən çıxmasına imkan verməməlidirlər.
4. Dialoq və danışıqlar Ukrayna böhranından yeganə real çıxış yoludur.
5. Humanitar məsələlərin siyasiləşdirilməsinin yolverilməzliyi.
6. Moskva və Kiyev arasında hərbi əsirlərin mübadiləsi üçün əlverişli şərait yaratmaq.
7. Atom elektrik stansiyaları kimi dinc nüvə obyektlərinə silahlı hücumlara müqavimət göstərmək.
8. Hər hansı bir ölkənin nüvə silahından istifadəsinin qarşısını almaq.
9. "Taxıl müqaviləsi"nin şərtlərinə əməl etmək.
10. Ukrayna münaqişəsi kontekstində birtərəfli sanksiyalardan sui-istifadə etməmək.
11. Dünya iqtisadi sisteminin siyasiləşməsinə qarşı durmaq
12. Münaqişə zonasında infrastrukturun müharibədən sonrakı bərpasına konstruktiv yanaşmaq.
Daha çox xəbər:

Zelenski Çin vətəndaşları üçün vizasız rejim tətbiq etdi

Çinin BMT-dəki nümayəndəsi: “Ölkələrin ərazi bütövlüyünə hörmət edilməlidir”

Çin XİN ABŞ-ı Yaxın Şərqdə hərbi güc tətbiq etməməyə çağırıb

Ankara Moskva və Kiyev arasında yeni dəhliz açır

Rəisi Ərdoğanla danışdı: “Regionda sabitliyin yeganə yolu ölkələrin ərazi bütövlüyünə hörmət etməkdir”